Təbrizin məşhur "Dalğa" musiqi qrupu Bakının qonağıdır.
Qrupun rəhbəri, tanınmış aşıq Çingiz Mehdipur “Eurasia Diary” portalına müsahibəsində bildirib ki, səfərin məqsədi mayın 24-ü saat 19:00-da Heydər Əliyev Sarayında aşıq musiqisi sevənlərə maraqlı konsert proqramı təqdim etməkdir.Bu barədə QAZİLER.AZ-a BAMF Mətbuat Xidmətindən məlumat verilib.
Çingiz Mehdipurun sözlərinə görə, bu konsert digərlərindən özəlliyi ilə fərqlənəcək: “Konserti təşkil etməkdə məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir. Bu konsertdə aşıq sənətinin gücünü, potensialını, açılmamış sirlərini göstərmək niyyətindəyik.”
Xatırladaq ki,Təbrizin məşhur "Dalğa" musiqi qrupu 1990-cı ildə yaradılıb. Bu müddət ərzində qrup 30-dan çox ölkədə konsert proqramları ilə çıxış edib.

Qeyd edək ki, qrupun rəhbəri Çingiz Mehdipur ilk dəfə olaraq bu sənətə elmi yanaşaraq, aşıq musiqisini, saz havalarını nota köcürüb. O həm də aşıq musiqisində yeni aranjemanda çıxış edir.

Çingiz Mehdipur və onun məşhur “Dalğa” musiqi qrupu aşıq musiqisi sevənləri mayın 24-ü Heydər Əliyev Sarayında keçiriləcək maraqlı konsert proqramını izləməyə dəvət edir.

Konsertin biletlərini şəhərin kasalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından onlayn əldə edə bilərsiz.