“CinemaPlus”da “Karib Dənizinin Quldurları: Ölülər nağıl danışmır” filmi nümayiş olunacaq

“CinemaPlus”da “Karib Dənizinin Quldurları: Ölülər nağıl danışmır” filmi nümayiş olunacaq backend

“Ganjlik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında fentezi janrında çəkilən “Karib Dənizinin Quldurları: Ölülər nağıl danışmır” macəra filmi nümayiş olunacaq.


AzVision.az-ın məlumatına görə, filmin nümayişi may ayının 25-dən başlayacaq və biletlər artıq satışdadır.

Filmin rejisorları Xoakim Ronninq və Espen Sandberqdir. Rollarda Conni Depp, Xavyer Bardem, Kaya Skodelario və başqaları çəkiliblər.

Ekran işinin mövzusuna gəlincə, öz bəxtini tükəndirən kapitan Sərçə Cek müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir.

Qeyd edək ki, keyfiyyətli görüntüsü, yalnız səsi Dolby Atmos olmayan kino – Lal kinodur! Azərbaycanda yeganə "CinemaPlus Gənclik Mall" premium kinoteatrı Dolby Atmos texnologiyasına sahibdir. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisələrin mərkəzində olur. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir.
Diaspora