Məşhur sovet aktyoru Oleq Vidov 73 yaşında vəfat edib.
Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, Los-Ancelesdə yaşayan aktyorun ölüm xəbərini xanımı Coan Borsten verib. O.Vidovun ölüm səbəbi kimi xərçəng xəstəliyinin ağırlaşması göstərilirşQeyd edək ki, Oleq Borisoviç Vidov geniş tamaşaçı kütləsinə kult sovet filmləri olan "Uğur centlmenləri", "Başsız atlı", "Moskva, məhəbbətim mənim" ilə tanınıb. 1985-ci ildə o, ABŞ-a köçərək karyerasına orada davam edib. Aktyor Hollivudda da "Red Heat", "Vəhşi orxidyea" (Wild Orchid), "13 gün" (Thirteen Days) kimi məşhur filmlərdə rol alıb. Onun tərəf müqabilləri arasında Arnold Şvrasneqqer, Mikki Ruruk, Uorren Bitti və digər dünya ulduzları olub.