Azərbaycan yazıçısı Varis Yolçuyevin beynəlxalq miqyaslı uğurları davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, bu dəfə yazıçımız Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülüb.Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçımızın əsərini “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırıb.
Xatırladaq ki, “L`Autographe” dünya yazarlarının seçmə nəsr nümunələrindən ibarət illik ədəbi almanaxdır. Almanax nəsr əsərini təqdim etməklə yanaşı, yazıçının xəttini də avtoqraf kimi oxucularına nümayiş etdirir.