Ukraynanın paytaxtı Kiyevdə keçirilən“Eurovision - 2017” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
Qaziler.az report-a istinadən xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib.Azərbaycan təmsilçisi Diana Hacıyevanın (DiHaj) ifa etdiyi “Skeletons” mahnısı isə 120 xal toplayaraq 14-cü yeri tutub.