30 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişən İbrahim Erkalın dəfn mərasimini keçirilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mərasimdə iştirak edən müğənni Arif Susam sənət dünyasından çox az adamın gəlməsinə etirazını bildirib:"Cənazədə sənətçilərdən heç kim yoxdur. Belə bir gündə də xatırlamayacaqlarsa, nə zaman xatırlayacaqlar".
Dəfndə İ.Erkalın ailə üzvləri və yaxınları iştirak edib.


