“Eurovision - 2017”-nin iştirakçısı həbs oluna bilər

“Eurovision - 2017”-nin iştirakçısı həbs oluna bilər backend

“Eurovision - 2017”-nin İslandiya təmsilçisi Svala Berqvinsdouttir öz ölkəsində həbs oluna bilər.

Qaziler.az-ın Axşam.az-a istinadən məlumatına görə, buna səbəb müğənninin müsabiqənin açılışı zamanı öz ölkəsinin bayrağı ilə düzgün rəftar etməməsidir.

İslandiya qanunlarına görə isə ölkə rəmzlərinə xələl gətirmək həbslə nəticələnir.

Xüsusən, bayrağa aid bölmədə deyilir ki, onun üzərində şəkil çəkmək və ya yazı yazmaq qətiyyən olmaz. Bundan başqa, bayraq yalnız bayraq dirəyinin köməyilə havada qala bilər.

Müğənnin iki qanun pozuntusuna yol verməsi ölkə əhalisinin narazılığına səbəb olub. İfaçı ölkəsinə qayıtdıqdan sonra bir il müddətinə azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, S.Berqvinsdouttir bir vaxtlar “Eurovision”da iştirak etmiş məşhur sənətçi Borqvina Xoldotsonun qızıdır.
Diaspora