Bu gün “Eurovision - 2017”-nin finalıdır

Bu gün “Eurovision - 2017”-nin finalıdır backend

Bu gün Kiyevdə “Eurovision - 2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Qaziler.az-ın məlumatına görə, finalda 26 ölkənin təmsilçisi mübarizə aparacaq.

Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva “Skeletons” mahnısı ilə 12-ci sırada çıxış edəcək. Bəstənin müəllifləri İsa Məlikov və Sandra Byormandır.

Final şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər.

Keçən ildən səslərin hesablanması qaydaları dəyişdirilib. Münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Qeyd edək ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Bu sayda ölkə bundan 5 il əvvəl Azərbaycanda keçirilən “Eurovision - 2012” mahnı müsabiqəsinə qatılmışdı.
Diaspora