Məşhur müğənni İbrahim Erkalın ölüm xəbəri hamı kimi müğənni İbrahim Tatlısesi də kədərləndirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı adaşı ilə birgə çəkildiyi fotosunu sosial media hesabında yerləşdirərək yazıb:“Mənim ürəyi gözəl, özü gözəl, sənəti gözəl qardaşım... Kədərdən məhv oldum... İbrahim Erkal qardaşıma uca Rəbbimdən rəhmət, ailəsinə və bütün sevənlərinə başsağlığı və səbr diləyirəm. Allah övladlarına uzun ömür versin. Məkanın cənnət olsun, canısı... Sevgili adaşım İbrahim Erkal".
Qeyd edək ki, aprelin 12-də yaşadığı binanın dayanacağında huşsuz vəziyyətdə tapılan, daha sonra beyin qanaması keçirdiyi məlum olan 50 yaşlı İ.Erkal 25 gün reanimasiyda qaldıqdan sonra xəstəxanada vəfat edib.