Bakıda "Azərkitab” adlı böyük kitab mağazasının açılışı olub.
Açılış mərasiminə millət vəkilləri, yazarlar, tannmış sənət nümyəndələri və oxucular qatılıb. Mərkəz artıq sabahdan sistemli şəkildə fəaliyyətə başlayacaq.
Mərkəzdə tədbir üçün nəzərdə tutulmuş otaqlar, akt zalı, müxtəlif kitabların yerləşdiyi "Book cafe” bölməsi, uşaqlar üçün "Nağıl otağı” vardır.
Yaxın günlərdə mərkəzin saytı da fəaliyyət göstərəcək.
Kitab təbliğat mərkəzi kimi fəaliyyət göstərən "Azərkitab”da təkcə kitab satışı deyil, kitab təqdimatları, imza günləri, yubileylər, ziyalılarla, tanınmış yazıçılarla, gənc yazarlarla görüş də nəzərdə tutulub.
Layihənin rəhbəri Sabir Hüseynovun sözlərinə görə, "Azərkitab” Kitab Təbliğatı Mərkəzi tərcümə kitablarına da xüsusi diqqət göstərəcək, bölgələrin kitabla təmin olunması üçün fəaliyyətə başlayacaq: "Bölgələr bizim ağrılı yerimizdir. Rayonlara kitabların çatdırılması diqqətimizdədir. Bizim kitablarımızda ƏDV olmayacaq. Ancaq nəşriyyatların öz ƏDV-si var. Biz bu məsələnin həlli yollarını da axtarırıq”.