Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qaziler.az-ın telegraf.com-a istinadən məlumatına görə, əməkdar artist səhhəti haqda özü məlumat verib:"Axşam saat 2 radələrində özümü pis hiss etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacağam. İnsult keçirməmişəm”.
Aktyor xəstəliyinin işi ilə bağlı olmadığını deyib:
"İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”.