Rəsulzadənin nəvəsinin Ankarada rəsm sərgisi açıldı

Rəsulzadənin nəvəsinin Ankarada rəsm sərgisi açıldı backend

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadənin Ankarada rəsm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Mustafa Ayaz Fondu Muzeyində açılışı edilən "Rəis Rəsulzadə bir dünya rəssamı" adlı sərgidə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, AKP-dən olan millət vəkili Mətin Gündoğdu və digər qonaqlar iştirak ediblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılışdan sonra media nümayəndələrinə müsahibə verən Y. Topçu bildirib ki, sərginin keçirilməsində məqsəd böyük türk millətinin dünyaya yalnız cəbhələrdəki qəhrəmanlığı ilə deyil, həm də mədəniyyəti, incəsənətilə töhfə verdiyini bir türkün fırçasından göstərmək olduğunu deyib.

Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsinə toxunan Topçu qeyd edib ki, hər il ermənilər dünyaya soyqırımdan bəhs edirlər. Əslində o soyqırımdan bəhs edənlər hələ bütün dünyanın gözü qarşısında Qarabağı işğal ediblər:

“Onlar türklərin öz yurd-yuvalarını işğal etdilər. Anaların qarşısında uşaqların başını kəsdilər, uşaqlarının qarşısında da analarının başı kəsdilər. 14 yaşındakı qız uşaqlarını diri-diri soydular "deyə Y. Topçu bildirib.

Sərginin müəllifi Rəis Rəsulzadənin babası və eyni zamanda Azərbaycan Respublikasının qurucusu olan Məmməd Əmin Rəsulzadədən də söhbət açan Y. Topçu qeyd edib ki, Azərbaycan dövlətinin təməlini qoyan Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək bütün məzlum millətlərə əhəmiyyətli bir şüar göndərib.

“O, bütün Türk dünyasının və İslam dünyasının çox dəyərli insanıdır. O olmasaydı, bəlkə də, Azərbaycan bir federasiya, bir əyalət olacaqdı. Türk dünyası buna görə ona borcludur”, - deyə natiq bildirib.

Qeyd edək ki, Rəis Rəsulzadə 1946-ci ildə Qazaxıstanda ailəsi sürgündəykən dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin incəsənət fakültəsini bitirib. Elə həmin ildən də universitetin rəssamlıq və heykəltaraşlıq şöbələrində müəllim olaraq işə başlayıb. Rəssamlar Birliyinin üzvü olan Rəis Rəsulzadənin əsərləri Kuba, Əfqanıstan, Polşa, Amerika Birləşmiş Ştatları, İstanbul və Moskvada dəfələrlə sənətsevərlərə təqdim olunub.
Diaspora