Jurnalistlər üçün masaüsütü kitab

Jurnalistlər üçün masaüsütü kitab backend

qhtxeber.az-ın məlumatına görə, layihənin məqsədi gənclərin qloballaşan dünyanın aktual mövzusu olan PR-ın (Publik Relations) incəliklərinə yiyələnməsini stimullaşdırmaq, onlara PR-ın növləri, ictimaiyyətlə əlaqələrin idarə edilməsində vacib olan amillər, böhran kommunikasiyası zamanı PR, PR və əməkdaşlar, PR və hədəf qrupları ilə iş, pablisiti haqqında ətraflı məlumat verilməsidir.

Layihə çərçivəsində Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya şöbəsinin Mətbuat Katibi Namiq Əliyevin müəllif olduğu "Nəyi?, Necə?,Nə vaxt? - İctimaiyyətlə əlaqələrin idarə edilməsi" adlı gənc jurnalistlər üçün masaüsütü kitab hazırlanıb.

Təlimlər zamanı təlim iştirakçılarına məqalə, press-reliz, reklam-informasiya materiallarının, müəssisələrin rəsmi internet səhifələrinin hazırlanması və idarə edilməsi, jurnalistlər üçün tədbirlərin (mətbuat konfranları, brifinqlər, dəyirmi masa, müsahibə s.) təşkili,korporativ nəşrlərin hazırlanması, sözçülər qrupunun yaradılması və s. mövzularında mühazirələr oxunacaq. Bundan əlavə təlim iştirakçıları üçün real nümunələr əsasında simulyasiyalar da keçiriləcək.

Təlimləri Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı və Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin Mətbuat katibi Namiq Əliyev aparacalar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunur.
Diaspora