Xəbər verildiyi kimi, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvləri tərəfindən İTV-nin baş direktorunun seçilməsi prosesi keçirilib. Şuranın qərarı ilə Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib.
QAZİLER.AZ saytı xəbər verir ki, bu münasibətlə 20 yanvar şəhidləri İlhamla Fərizə ailəsi adından Elxan Allahverdiyev C.Quliyevi təbrik edib:“Növbəti dəfə İTV-nin baş direktoru seçilməsi münasibəti ilə hörmətli Cəmil Quliyevi təbrik edirəm! Ona işlərində uğurlar arzulayıram. Cəmil müəllim çalışdığı əvvəlki illərdə də şəhidlərimizə, onların ailə üzvlərinə daima diqqət və sayğı göstərib. İnanırıq bundan sonra da belə olacaq. Ümumiyyətlə, İctimai Televiziyanın kollektivi, onun rəhbəri Cəmil müəllim həmişə milli dəyərlərimizə yüksək qiymət verib, dövlət və dövlətçilik prinsiplərinin müdafiəsində, təbliğində, o cümlədən gənclər arasında vətənpərvərlik hissinin artırılması istiqamətində xeyli işlər görüblər. Cəmil müəllimi bir daha təbrik edirəm!”.