Türkiyəli müğənni, megastar Tarkanın Bakıda "Formula 1” yarışı zamanı verəcəyi konsertdən alacağı qonorar açıqlanıb.
BakiPost.az xəbər verir ki, Türkiyə mətbuatı Tarkanın Bakədan 500 min dollar alacağını yazıb. Məlumata görə, müğənni bu məbləğ üçün səhnədə 2 saat olacaq.Qeyd edək ki, "Formula 1” 1 Grand-Pri yarışları çərçivəsində ilk günün ulduzu Tarkan olacaq. Digər iki ulduzun adı isə hələ açıqlanmayıb.
Onu da bildirək ki, Tarkan konsert ilə bağlı xəbəri şəxsi instagram hesabından elan edərək "həyəcanlı” olduğunu qeyd etmişdi.