Bu gün mərhum xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Axşam.az-ın məlumatına görə, aktrisanın anadan olmasından 101 il keçir.İTV-nin “Hər gün” proqramı N.Zeynalovanın nəvəsi Nəsibə xanımı qonaq edib. O, nənəsi ilə bağlı xatirələrini bölüşərək deyib:
“Bilirəm ki, Nəsibə xanım hər zaman ürəklərdədir. Hər zaman onun sözlərindən istifadə edilir. Ulu babamla nənəmin evlənəndən 12 il sonra övladı Nəsibə dünyaya gəlib. O vaxtlar aktrisa olmaq çətin idi. Babamın vəsiyyəti olub ki, Nəsibəni oxutdurarsan, onun təhsil pulunu kəsmə. Nəsibə xanım hər şeyi öz zəhməti ilə edib".

