QAZİLER.AZ saytı xəbər verir ki, Xətai rayonu, 171 saylı tam orta məktəbdə hərbi mahnıların ifaçısı və hərbi diktor, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan mayor Şəmistan Əlizamanlı ilə görüş keçirilib.
“Qələbəyə aparan yol” adlı tədbirdə “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Kəmalə Həşimova, Azərbaycan Respublikası Təhsil İnstitutunun Filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, tanınmış qələm sahibi Adilə Nəzərova, Roza Rüstəmova, Xətai rayon Gənclər İdarəsinin rəisi Əfqan Rzayev, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor İsmayıl Həkimli, Azərbaycan Dövlət Dram teatrının aktrisası Şəhla Əli qızı, 64 nömrəli tam orta məktəbin direktoru Rəfail Mehtiyev, 264 nömrəli tam orta məktəbin direktoru Sevda Qocayeva və başqaları iştirak edirdilər.Görüşdə məktəbin 2c, 5b, 7c sinif şagirdlərindən ibarət “Şirinlər” xor kollektivi, “Şahinlər” hərbi idman komandasının, futbol komandasının üzvləri iştirak etdilər.
Şagirdlərin ifasında Şəmistan Əlizamanlının mahnıları ifa olunub, onun öz ifasında mahnılar da dinlənilib.
Tədbir qonaqların, valideynlərin və məktəb kollektivinin böüyük alqışları ilə, coşğusu ilə başa çatıb.