Metroda kitab aksiyası

Metroda kitab aksiyası backend

Tbilisi metrosunda maraqlı aksiya baş tutub. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, metro oturacaqlarına hədiyyə kitablar qoyulub.

Sərnişinlərə aprelin 23-də Mtatsminda Panteonunda keçiriləcək “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbirə dəvətnamə verilib. Burada sərginin keçiriləcəyi və kitabların endirimlə satılacağı bildirilib.

Layihə çərçivəsində ilin sonuna qədər Tbilisi metrosunun bütün stansiyalarında elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdırılacaq. Ümumilikdə şəhərdə 300 elektron kitabxananın istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1996-cı ildən qeyd olunur.
Diaspora