"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Çölçü", "Həddən artıq uyğunluq", "İçəri Şəhər" və "Qırmızı bağ" filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıblar.
Kulis.azın verdiyi xəbərə görə, festival 2-8 may tarixlərində Alanya şəhərində keçiriləcək.
Festivala tanınmış aktyor, Azərbaycan Xalq artisti Fəxrəddin Manafov xüsusi qonaq kimi dəvət olunub.