Lider TV-də yayımlanan "Amil Xəlil ilə Bura Vətəndir!" verilişində maraqlı anlar yaşanıb.
Qaziler.az bildirir ki, Axşam.az-ın məlumatına görə, Ucardan hazırlanan verilişdə xalq artisti, mərhum sənətkar Xuraman Hacıyeva yad edilib.Verilişdə aktrisaya qarşı olan münasibətdən söhbət açılıb. Əslən Ucarın Müsüslü kəndindən olan Cəmil Xəlilov Hacıyevanın 70 illik yubileyinin unudulduğunu qeyd edib.
Xatırladaq ki, "Arşın mal alan" bədii filmində Asya rolunu canlandıran X.Hacıyeva 1945-ci il martın 7-də Bakıda anadan olub. Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb.
O, 2005-ci il fevralın 15-də 59 yaşında Bakıda qəflətən vəfat edib.