Azərbaycan rəssamları Parisdə sərgi açır

Azərbaycan rəssamları Parisdə sərgi açır backend

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 24-də Parisin “Russkiy mir” qalereyasında azərbaycanlı rəssamların əsərlərindən ibarət “Azərbaycan rəssamları” adlı sərgi açılacaq.

Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, sərgidə əməkdar rəssamlardan Əsmər Nərimanbəyovanın, Hüseyn Haqverdinin və İsmayıl Məmmədovun, eləcə də, Yusif Mirzənin, Anar Hüseynzadənin və Təvəkkül Abbasovun ümumilikdə 35 əsəri nümayiş olunacaq.

Qeyd edək ki, sərgi mayın 30-dək davam edəcək.
Diaspora