QAZİLER.AZ saytının Bloknot.ru-ya istinadla verdiyi xəbərə görə, 49 yaşlı tanınmış sovet kinorejissoru Bəxtiyar Xudoynəzərov uzun sürən xəstəlikdən sonra Berlin xəstəxanalarından birində dünyasını dəyişib.
1965-ci ildə Düşənbədə anadan olmuş Xudoynəzərov Düşənbə televiziya və radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. Daha sonra o, fəaliyyətini kinorejissor kimi davam etdirib.Tacikfilmin istehsalı olan Bratan (1991), Koş-Ba-Koş, Gümüş şir və s. filmlərin rejissoru olub. Sonuncu filmi 2012-ci ildə çəkilmiş Dənizi gözləyirəm Roma film-festivalının açılışında təqdim edilib.
Ömrünün son iki ilini Berlin və Moskvada yaşayan kinorejissor əsasən çəkilişlərini Almaniyada aparırdı.