Türkiyənin daha bir məşhur aktyoru Gündüz Sezgin dünyasını dəyişib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Süper Baba" serialında "Nalbur Osman" obrazını canlandıran aktyorun ölüm xəbərini layihədəki tərəf müqabili Eray Demirkol verib.Qeyd edək ki, 72 yaşlı aktyor indiyə kimi "Emret Komutanım", "Kavak Yelleri", "Bez Bebek", "Yabancı Damat", "Çocuklar Duymasın", "Deli Yürek", "Yasemince" kimi film və seriallarda rol alıb.