Şəhid tələbə haqda tamaşanın premyerası olacaq

Şəhid tələbə haqda tamaşanın premyerası olacaq backend

Bu gün saat 19-da Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.


Bir hissəli psixoloji dramda əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar.

Tamaşa 2016-cı ilin aprelində cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.
Diaspora