31 mart – soyqırım qurbanlarının xatirəsi yad ediləcək

31 mart – soyqırım qurbanlarının xatirəsi yad ediləcək backend

Şuşa Dövlət Musiqili Dram Teatrı Türkan qəsəbəsində yerləşən hərbi hissədə 31 mart – Azərbaycanlıların soyqırım günü ilə əlaqədar anım mərasimi keçirəcəkdir. Anım mərasimində rəsmi hissədən sonra Enurə Abdullayevanın “Ağ qayıq” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Tamaşada əsas rollarda Dürdanə Dünyamalıyeva və Gündüz Qasımov ifa edəcəklər.

Digər rollarda Əməkdar Artistlər Şükufə Musayeva, Azad Məmmədov, Nazir Rüstəmov, aktyorlar Məmməd Məmmədov, Zəhra Salayeva, Vüsalə Məmmədzadə, Xanirə İsgəndərova və başqaları çıxış edəcəkdir.
Diaspora