Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən "Report" a verilən məlumata görə, martın 31-də - Azərbaycanlıların Soyqırımı Günü nümayiş etdiriləcək yeni tamaşa "Ünvansız qatar" adlanır.
Əməkdar incəsənət xadimi, istedadlı dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssam Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.Tamaşada əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, V.Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, İradə Rəşidova, Zemfira Əbdülsəmədova, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva iştirak edəcəklər.
Yeni səhnə əsəri ata-baba yurdundan ilk olaraq didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.