“Qobelen sənəti” mühazirəsi olacaq

“Qobelen sənəti” mühazirəsi olacaq backend

Azərbaycan Xalça Muzeyi sizi qobelen və batika sənəti üzrə rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Sonaxanım Nağıyevanın “Qobelen sənəti” mühazirəsinə dəvət edir. Bu barədə Azərbaycan Xalça Muzeyindən QAZİLER.AZ-a məlumat verilib.

Mühazirədə qobelen sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və müasir dövrdə əhəmiyyətindən bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.

Azərbaycan Xalça Muzeyi
8 aprel 2017-ci il, saat 14:00
Giriş sərbəstdir!
Diaspora