Kadir İnanırın xanımına 1 il 3 ay həbs istənildi

Kadir İnanırın xanımına 1 il 3 ay həbs istənildi backend

Aktyor Kadir İnanırın aktrisa xanımı Julide Kurala 1 il 3 ay həbs istənilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fəaliyyəti dayandırılan “Özgür gündəm” qəzetində 1 günlük növbətçi baş redaktor vəzifəsini icra edən Julide “terror təşkilatlarının yazılarını yayımlamaq, terror təşkilatlarının təbliğatını aparmaq”da ittiham olunub.

İstanbul 22-ci Ağır Cəza Məhkəməsində Kuralı Kadir ilə yanaşı, digər həmkarları da tək buraxmayıblar.

Terror təşkilatına köməkdə təqsirləndirilən aktrisa haqqında deyilənlərlə razılaşmayıb. O, jurnalist deyil, incəsənət adamı olduğunu və bir günlük redaktor vəzifəsini icra etdiyini, qəzetdə yazılanlardan xəbərinin olmadığını vurğulayıb. Kural və vəkilləri hakimdən bəraət istəyiblər.

Hakim aktrisanı dinlədikdən sonra onun haqqında çıxardığı 1 il 3 ay həbs qərarını təxirə salıb. Onun əvəzinə Julide “terror təşkilatlarının yazılarını yayımlamaq”da ittiham olunaraq, 6 min türk lirəsi (təxminən 3 min AZN) dəyərində cəzalandırılıb.
Diaspora