Azərbaycan Kann kinofestivalında iştirak edəcək

Azərbaycan Kann kinofestivalında iştirak edəcək backend

3-24 may 2015-ci il tarixində 68-ci Beynəlxalq Kann Kinofestivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi festivalda bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək.

Nazirlikdən QAZİLER.AZ-a verilən məlumata görə, dünyanın ən mötəbər kino tədbirində artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.
Diaspora