“1915 Osmanlı dosyesi” kitabının təqdimatı keçirilib

“1915 Osmanlı dosyesi” kitabının təqdimatı keçirilib backend

Bakıda rus dilində nəşr olunan “1915 Osmanlı dosyesi” adlı kitabın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabın müəllifi Əli Hacızadə bildirib ki, kitabda 13 bölmə var və hər bölmədə ermənilərin uydurma “soyqırım”ı faktlarla ifşa olunub. O deyib ki, kitabda həmin dövrdə əslində ermənilərin türklərə qarşı soyqırımı faktlarla sübuta yetirilib.

Ə. Hacızadə qeyd edib ki, ermənilərin soyqırıma məruz qaldıqları haqda heç bir rəsmi sənəd yoxdur: “Kitabı yazarkən Qərb mənbələrinə də istinad olunub. Faktları araşdırarkən məlum olur ki, o vaxtkı Osmanlı rəhbərliyində olan bəzi şəxslər məhz erməni terrorunun qurbanı olub. Burada böyük rolu qərbli missionerlər oynayıblar. Təsadüfi deyil ki, 1-ci Dünya Müharibəsi dövründə Osmanlıda missioner məktəblər olub ki, orada ermənilərə türklərə qarşı qisasçılıq mövqeyi aşılanıb. Sual ortaya çıxır: Necə olur ki, erməni soyqırımı getdiyi bir vaxtda Osmanlı parlamentində 4 erməni deputat təmsil olunurdu, erməni kilsəsi fəaliyyət göstərirdi, ermənilər İstanbulda rahat yaşayırdılar?! Buna görə də mən bu qənaətdəyəm ki, həmin ərəfədə öldürülənlər olsa belə, bu, həm türklərdən, həm kürdlərdən, həm də ermənilərdən olub”.

Tarixçi alim Solmaz Töhfidi isə çıxışında kitabda 1915-ci il hadisələrinin hərtərəfli araşdırıldığını bildirib. O, kitabın rus dilində nəşr olunmasını həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Diaspora