Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.
Teatrdan verilən məlumata görə, aktyor ağır xəstə idi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdı. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtmışdı. Bu illər ərzində teatr səhnəsində bir çox rollar oynamışdı. Onun yaratdığı Nikita (A.Arbuzov-"Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov-"Poxoronı v Kalifornii"), Lukin (M.Qorki-"Varvarı"), Bayandur (İ.Əfəndiyev - "Büllur sarayda"), Ralf (R.Baer-"Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə-"Nonsens"), Qraf Kent (U.Şekspir-"Kral Lir"), Həkim (K.Hiqqins-"Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdü.(milli.az)