Animasiya filmləri nümayiş olundu

Animasiya filmləri nümayiş olundu backend

Aprelin 17-də Nizami Kino Mərkəzi “Azanfilm” studiyasının dəstəyi ilə Azərbaycan Uşaqları İctimayi Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri üçün son illərdə çəkilmiş milli animasiya filmlərinin pulsuz nümayişini keçirib.

İctimayi Birliyin sədri Kəmalə Ağazadə, uşaqlara təmənnasız kömək göstərən Nigar Bayramlı və Yuliya Fedotova uşaqlar adından kino mərkəzinin əməkdaşlarına təşəkkürlərini bildirib və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.

Kino mərkəzinin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.
Diaspora