Xoşqədəm Mehdiyeva ikinci tura keçdi
"Buludlar" mahnısını ifa edən "Sən supersən!"in Azərbaycandan olan iştirakçısı Xoşqədəm Mehdiyeva həm münsifləri, həm də tamaşaçıları valeh etdi.Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. Onlar NTV telekanalının kastinqləri nəticəsində bu hüququ qazanıblar. Pərvanə Alcanovanın ilk çıxışı fevralın 18-də olub. "Ana" mahnısını ifa edən Alcanova ikinci tura çıxa bilib.
Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər. (sputnik)