Martın 4-də Azərbaycan Xalça Muzeyində Azərbaycanın Milli Kulinariya Mərkəzinin baş direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov “Novruz nemətləri” adlı mühazirə keçirtdi.
bu barədə QAZİLER.AZ-a Azərbaycan Xalça Muzeyindən məlumat verilib.Mühazirə zamanı dinləyicilərə yazın gəlişini xəbərdar edən çərşənbələrin mahiyyəti, həmin ərəfədə hazırlanan milli xörək və şirniyyatların mənasından bəhs edən zəngin məlumatlar verildi.