"Oskar" mükafatının təqdimetmə mərasimində baş verən qalmaqaldan sonra Brayan Kullinan və Marta Ruizin evlərinin qarşısında təhlükəszilik tədbirləri güclənib. QAZİLER.AZ BBC-yə istinadən xəbər verir ki, bu barədə PricewaterhouseCoopers (PwC) auditor şirkətindən bildirilib.
PwC rəsmisi qeyd edib ki, işçilərin ev ünvanları və yaxınlarının fotoları mediada çap olunandan sonra, onlar mühafizə olunur.Bir gün əvvəl Amerika kinoakademiyası elan edib ki, daha Kullinan və Ruizlə əməkdaşlıq etməyəcək.
Sonuncu "Oskar" mükafatının təqdimetmə mərasimində mükafatın tarixində ən qalmaqallı hadisə baş verib. "Ən yaxşı film" nominasiyasında "Ay işığı" filminin əvəzinə "La-la Lend" ekran əsəri qalib elan edilib. Daha sonra məlum olub ki, Kullinan və Ruiz zərfləri səhv salıb.