Xalq artisti 37 il əvvəlki əsgərlik fotolarını yaymağa məcbur oldu

Xalq artisti 37 il əvvəlki əsgərlik fotolarını yaymağa məcbur oldu backend

Bir sıra saytlarda və sosial şəbəkələrdə bəzi sənətçilərin hərbi xidmətdə olmaması ilə bağlı məlumatlar yer alıb.

Həmin siyahıda xalq artisti, görkəmli muğam ustası Mənsum İbrahimovun da adı çəkilib.

Axşam.az-ın məlumatına görə, sözügedən iddialarla bağlı "Qafqazinfo"ya açıqlama verən xalq artisti bildirib ki, 1979-81-ci illərdə Moskvada hərbi xidmət keçib və xidməti də uğurla başa vurub:

"Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə tanınmış insanları qaralayan, onlarla bağlı həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli məlumatlar yayılır və bunu yayanlar heç bir dəqiqləşdirmə aparmadan, çəkinmədən belə böhtanlı informasiyanı işıqlandırırlar. Bu çox pis tendensiyadır və xahiş edirik ki, insanların şəxsi həyatı haqqında, onların nüfuzuna zərər vura biləcək məlumatları yayımlayarkən jurnalistlər bunu dəqiqləşdirməyə çalışsın".

Xalq artistinin əsgərlik fotolarını və hərbi biletini təqdim edirik:
Diaspora