“Batalyon” sənədli filmi yayıldı – İLK DƏFƏ

“Batalyon” sənədli filmi yayıldı – İLK DƏFƏ backend

QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi “Yaddaş” studiyasının hazırladığı “Batalyon” sənədli filminin Nizami kinoteatrında təqdimatı olub. Filmin rejissoru Qarabağ müharibəsi iştirakçısı Nizami Abbasdır.

Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonun düşmən işğalından azad olunmuş ərazilərində aparılmışdır. Xankəndinə 15 km qalırdı...



Filimdə Azərbaycanın Milli Qəhrəmanları, Məhəmmədhəsən Məmmədovun, Maşallah Abdullayevin, şəhid Elman Hüseynovun, Vəzir Orucovun, Yusif Mirzəyevin, Xocalı qətliamının iştirakçısı olan “Arabo” batalyonun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərmiş Gəncə batalyonun komandiri Mehman Ələkbərovun, Rasim Əkbərovun və digər qəhrəmanların o vaxt döyüşdə lentə alınmış kadrları ilə müşayiət olunur.

Qarabağ qzisi, jurnalist Rey Kərimoğlu “Batalyon”u Qarabağ müharibəsi tarixindən çəkilmiş ən yaxşı film hesab etdiyini deyib: “Məncə, bu film Qarabağ müharibəsi tarixindən çəkilmiş ən yaxşı sənədli filmdir. Filmin süjet xətti çox gözəl seçilib. Qarabağ müharibəsi zamanı hərbi operatorlarımızın çəkdiyi müharibə kadrları ilə zəngindir. Nizami Abbasını və yaradıcı heyətin xidmətini yüksək qiymətləndirirəm! Ümid edirəm ki, Nizami Abbas yenə bu mövzuya müraciət edəcək və belə gözəl filmlər çəkəcək. Çox istərdim ki, bu film televiziya ekranlarından xalqımıza təqdim edilsin.”

QAZİLER.AZ saytı “Batalyon” filmini təqdim edir!


Diaspora