Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzində “İgid” və “Batalyon” sənədli filmləri nümayiş etdiriləcək. Bu barədə “Report”a Cəfər Cabbarlı adına “Azərvaycanfilm” kinostudiyasından məlumat verilib.
Fevralın 24-də saat 19.00-da nümayiş olunacaq hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.Elçin Musaoğlunun Azərbaycan xalqının qəhrəman oğlu Natiq Qasımovdan bəhs edən "İgid" adlı yeni sənədli filmi Cəfər Cabbarlı adına “Azərvaycanfilm” kinostudiyasında lentə alınıb.
Filmin ssenari müəllifləri Elçin Musaoğlu və Səbuhi Məmmədli, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur.
“Yaddaş” sənədli filmlər studiyasında lentə alınan “Batalyon” filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolu və nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edir.
Filmin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.