Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyində fevralın 26-da beynəlxalq Tatarıstan mətbəxi gününə həsr olunmuş tədbir keçiriləcək.
"Report" nümayəndəliyin saytına istinadən xəbər verir ki, tədbirin təşkilatçısı qismində "Tuqan Tel" Tatarıstan mədəniyyəti respublika icması çıxış edəcək.Tədbirin proqramına Tatarıstanın ənənəvi un məmulatlarının hazırlanması üzrə master-klass, Tatarıstanın "Tuqan tel" ansamblının konsert nömrəsi, ən yaxşı qubadiya (şirin piroq - red.) hazırlanması üzrə müsabiqə, fotosərgi və s. daxildir.