Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək

Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək backend

Opera və Balet Teatrının solisti Afaq Abbasova fevralın 25-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını səsləndirəcək.

Məlumata görə, tamaşada Radames rolunda Belarusun xalq artisti Sergey Frankovski, Amonasro rolunda əməkdar artist Vladimir Qromov çıxış edəcəklər. Tamaşanı Ukraynanın xalq artisti, Odessa dövlət filarmonik orkestrinin baş dirijoru Xobalt Erl idarə edəcək.
Diaspora