Bu gün dünyasını dəyişən rejissor qısa müddət öncə ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olmuşdu.
Ölkə.Az xəbər verir ki, övladları ilə birgə efirə çıxan Şahin Zəkizadə ailəsi və xəstəliyi haqqında danışmışdı:"Fatimə bu il 1-ci sinifə getdi. Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında olum. Gedə bilmədim. Şükürlər olsun ki, övladlarım yanımdadır. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Tanımadığım o qədər insan mənə dəstək oldu ki, mesajların çoxunu heç oxuya bilmirdim. Sizin də bütün kollektivinizə təşəkkür edirəm. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər".
Tanınmış rejissorun həyat yoldaşı Səbinə Zəkizadə verilişdə bunları söyləmişdi:
"Həkimlər müalicə edəndən sonra dedilər ki, xərçəngdir. Dünyam başıma yıxıldı. Çox qorxurdum. Şükür ki, hər şey yaxşı oldu. Buradan xalqımıza təşəkkür edirəm. Şahin bilir ki, onu çox sevirəm. Allah onu üstümüzdən əksik etməsin".