Ancelina Coli və Kristiano Ronaldo türk serialında çəkiləcək.
XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur kino aktrisası Ancelina Coli ilə futbolçu Kristiano Ronaldo suriyalı bir ailənin dramından bəhs edən 3 mövsümlük türk serialında rol alacaq. Serialın fraqment çəkilişləri artıq başlayıb. “Həyat körpüsü” adlı serialın ilk çəkilişləri Qaziantepdə aparılıb. Ancelina və Ronaldodan başqa, serialda məşhur idmançılar da oynayacaq. Serial Türkiyə ilə yanaşı, Latın Amerikasında və Yaxın Şərq ölkələrində yayımlanacaq.Türkiyə mediasının yazdığına görə, ölkəsindəki daxili müharibədən qaçaraq qardaş ölkəyə sığınan suriyalı ailənin dramından bəhs edən serial üçün şirkət dünyaca məşhur aktyorlarla görüşüb. Serialda dünya şöhrətli Hollivud ulduzları ilə yanaşı, “Yeşilçam”ın sevilən aktyorlarının da rol alması gözlənilir.
Filmin rejissor Əyyub Dirlik belə deyib: "Hazırda fraqment çəkilişləri üçün Qazientepdəyik. Aprel ayının ilk həftəsindən çəkilişlərə başlayacağıq”.
Çox geniş aktyor heyəti ilə çalışacaqlarını qeyd edən rejissor Kristiano Ronaldo, Ancelina Coli, Nensi Ajram, həmçinin Perihan Savaş, Hülya Koçyiğit və bir çox başqa aktyorların da serialda yer alacağını söyləyib: "Bu serial sosial layihə olduğu üçün adıçəkilən məşhur aktyorlar serialda qonaq kimi yer alacaq".
Rejissor çəkiliş yeri olaraq Qaziantepin sçilməsinin təsadüf olmadığını xüsusi vurğulayıb: “Qaziantep müharibədən sonra Suriyadan ən çox miqrant qəbul edən şəhərdir. Qaziantep əslində, Hələb deməkdir, çünki bu iki şəhər bir-birinə çox yaxındılar. Qaziantepin suriyalıları qəbul etməsi çox mühümdür".