Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 16-18-də İstanbulda keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqlar aparılacaq.Forumda 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi, nazirlər üçün təşkil ediləcək xüsusi "dəyirmi masa"da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı nəzərdə tutulub.