Qazilər.az saytı interfaks-ru istinadən xəbər verir ki, Moskva şəhərinin şimal – qərbində Xalq Könüllüləri küçəsindəki 32 saylı evin qarşısında böyük rus şairi A.S.Puşkinin heykəlini oğurlayıblar.
“Heykəl metaldan hazırlanıb. O, kənardan yüngül görünsə də kifayət qədər çəkisi vardı. Onu aparmaq üçün çox güman texnikadan istifadə olunub”, - deyə prefekturanın saytında bildirilir.“Heykəl 1974-cü ildə açılıb və artıq bir dəfə itib. Ən acınacaqlısı odur ki, heykəl bu dəfə ədəbiyyat ilində oğurlanıb”.
Heykəlin axtarışları ilə hüquq –mühafizə orqanları artıq məşğuldurlar.