“İçəri şəhər” filmi Hindistanın iki şəhərində nümayiş etdirilib

“İçəri şəhər” filmi Hindistanın iki şəhərində nümayiş etdirilib backend

“İçəri şəhər” bədii filmi Hindistanın 9-cu “Benqaluru” Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, film festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru və Maysur şəhərlərində keçirilib.

Ekran əsəri, həmçinin Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb.

Qeyd edək ki, “İçəri şəhər” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Diaspora