Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın “Arazbarı” şerlər kitabının Tatarıstan Respublikasında təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimi Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara Sona Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.Sona Vəliyevanın kitabının Tatarıstanda təqdimatı keçiriləcək

