“Yol əhvalatı“ filmi özbək dilində

“Yol əhvalatı“ filmi özbək dilində backend

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub.

Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, özbək dilnə dublyaj olunan "Yoldagi hangoma" filmin ssenarisi özbək tərcüməçi Rüstəm Cabbarov tərəfindən tərcümə edilib.

Dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri iştirak ediblər.

Qeyd edək ki, Sovet dövründə "Arşın mal alan", "O olmasın bu olsun", "Qayınana", "Əhməd haradadır", "Nəsimi" bədii filmləri özbək dilinə dublyaj olunub və hazırda da Özbəkistanda televiziya kanallarında nümayiş etdirilir.
Diaspora