Necati Şaşmazın FETÖ istintaqında qərar

Necati Şaşmazın FETÖ istintaqında qərar backend

Türkiyədə 15 İyul dövlət çevrilişinə cəhddən əvvəl "Kurtlar Vadisi Darbe" adı ilə bağlı müraciət olunan Pana Film ortaqları Necati Şaşmaz və Mehmet Canpolat haqqlarında başladılan "FETÖ" istintaqında təqib olunmamaq qərarı verilib.

Qaziler.az Hürriyet-ə istinadən bildirir ki, istintaq filmin ssenarisində qəhrəmanların paralel dövlət qurulması ilə mübarizə apardıqları, Necati Şaşmaz və Mehmet Canpolatın terror təşkilatı ilə bağlantılarının olmadığını müəyyənləşdirildiyinə görə belə bir qərar çıxarılıb.

Ssenari 15 iyul çevrilişi ilə paralel deyil
Alınan ifadələrin və edilən araşdırmaların sonunda prokurorluq, ssenaridə izah edilən hadisələrin 15 İyul dövlət çevrilişinə cəhdlə paralellik təşkil etmədiyi, ssenari qəhrəmanlarının paralel dövlət qurulması ilə mübarizə apardığını bildirib.

Necati Şaşmaz və Mehmet Canpolatın silahlı terror təşkilatı FETO və PKK-nın qolu olan PYD ilə əlaqələri təsbit edilmədiyinə görə prokurorluq şübhəlilərin terror təşkilatı üzvü olmadıqları haqqında qərar verib.


Diaspora