“Bölgələrdən paytaxta”

“Bölgələrdən paytaxta” backend

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub.

Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və Şəkinin adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

Qeyd edək ki, 2015-ci il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.
Diaspora