Gənc Tamaşaçılar Teatrı sənətkarları yarımştata keçirdi — SƏBƏB

Gənc Tamaşaçılar Teatrı sənətkarları yarımştata keçirdi — SƏBƏB backend

Gənc Tamaşaçılar Teatrının bir qrup tanınmış aktyor və rejissoru bundan sonra məvaciblərinin yarısını ala biləcəklər

"Ölkə.Az"-ın məlumatına görə, teatrın rəhbərliyi onlara bu barədə xəbərdarlıq edib. Bu barədə xalq artisti Yasin Qarayev məlumat verib:

"Bu gün teatrın rəhbərliyi yaşı yetmişi haqlamış və yetmişi keçmiş aktyorları üç-üç, dörd-dörd və həm də başqa saatlarda qəbula çağırtdırmışdı. Onların arasında xalq artisti və Prezidentin fərdi təqaüdçüləri olan Cənnət Səlimova, Ağaxan Salmanlı, mən, Vaqif Ağayev və başqaları var. Məlum oldu ki, sən demə ölkədə ağır maliyyə böhranı gedir. Odur ki, bu insanlar nisbi təminatlı olduqları üçün və həmçinin mədəniyyətə, incəsənətə böyük xidmətlərini nəzərə alıb, işdən çıxartmamaq şərti ilə yanvarın birindən yarım ştatla çalışacaqlar ki, ölkəni maliyyə böhranından çıxardaq".

Məsələylə bağlı Gənc Tamaşaçılar Teatrının rəhbərliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

Diaspora